"Bayern" təsdiqlədi: PSJ artıq onunla danışıb
Bizi izləyin

İdman

"Bayern" təsdiqlədi: PSJ artıq onunla danışıb

"Bayern"in və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Maks Eberl açıqlama verib. O, parislilərin 29 yaşlı futbolçuya olan marağından danışıb:

"PSJ Kimmixlə çox maraqlanır və Coşua artıq onlarla danışıb. Buna icazə verilir. Amma biz onun və Camal Musialanın “Bayern”in siması olmasını istəyirik”.

Qeyd edək ki, Kimmixin "pivəçilər"lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm o, bütün turnirlərdə 43 matçda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm