"Real"da şok itki: 3 ay olmayacaq
Bizi izləyin

İdman

"Real"da şok itki: 3 ay olmayacaq

"Real"ın yarımmüdafiəçi Brahim Diası itirib.

Publika.az xəbər verir ki, klubun mətbuar xidməti 25 yaşlı futbolçunun zədələnməsi barədə məlumat yayıb.

Qeyd olunur ki, Brahim La Liqanın 5-ci turunun “Real Sosyedad”la oyununda (2:0) sağ budun uzun körpü əzələsini zədələyib. Buna görə matçın 25-ci dəqiqəsində Rodriqo ilə əvəzlənib.

"Marca"nın məlumatına görə, Diasın sağalması üç ay çəkə bilər.

Qeyd edək ki, cari mövsümdə o, İspaniya çempionatında 5 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm