ÇL-in bombardiri kim olacaq?
Bizi izləyin

İdman

ÇL-in bombardiri kim olacaq?

Çərşənbə axşamı, sentyabrın 17-də Çempionlar Liqasının ümumi mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, turnirin pley-off mərhələsinə çıxmaq üçün 36 komanda mübarizə aparacaq, onlardan səkkizi birbaşa turnirin 1/8 finalına yüksələcək, daha 16 komanda isə daha səkkiz şanslı qalibi müəyyən etmək üçün pley-off mərhələsində iştirak edəcək.

Bəs 2024/25 mövsümündə Çempionlar Liqasının bombardiri kim olacaq? Artıq bukmekerlər əmsalları açıqlayıblar.

Bukmeker ütəxəssisləri “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı favorit hesab edir. Onun uğuruna 4.00 əmsalı təklif edirlər.

İkinci yerdə “Real Madrid”in hücumçusu Kilian Mbappe qərarlaşıb, onun şansı 6.00 əmsalı ilə qiymətləndirilir.

“Bavariya”nın oyunçusu Harri Keyn 7.00 əmsalla ilk üçlüyü qapayır.

Bukmeker kontorlarının fikrincə, ilk üçlükdən kənarda turnirin bombardiri tituluna ən yaxın iddiaçılar “Liverpil”dan Məhəmməd Salah ( 13.00 ), “Real”dan Vinisius Junior ( 15.00 ) və “Barselona”dan Robert Levandovskidir ( 17.00 ).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm