Oyun zamanı dava düşdü: 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - VİDEO
Bizi izləyin

İdman

Oyun zamanı dava düşdü: 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - VİDEO

Paraqvayın "San Bernardino" komandasının futbolçusu İsmael Dominqes faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, 15 yaşlı futbolçu oyun zamanı düşən davada aldığı zərbələrdən dünyasını dəyişib. Bu barədə "La Nacion" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Nacional Boqueron"a qarşı matç zamanı ara qarışıb. İsmaelin başına bir neçə zərbə endirilib, onlardan biri ölümcül olub.

15 yaşlı futbolçu Paraqvayın paytaxtı Asunsiondakı xəstəxanalardan birinə aparılıb. Həkimlər yeniyetmənin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildiriblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm