Ançelotti xahiş etdi: Cəlbedici fikirlərinizi saxlayıb, bu barədə düşünün
Bizi izləyin

İdman

Ançelotti xahiş etdi: Cəlbedici fikirlərinizi saxlayıb, bu barədə düşünün

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbol mövsümündə çoxlu sayda matçla bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, təqvimdəki sıxlıqdan narahat olduğunu bildirib:

"Rəhbər orqanlar çox oynadıqları üçün zədə alan futbolçular haqqında düşünməsələr, böyük problemlər yaşayacağıq. Onlardan yarışı daha cəlbedici etmək fikirlərini saxlayıb, matçların sayını azaltmaq barədə düşünmələrini xahiş edirəm".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının 2024/2025 mövsümünün ilk oyununda Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm