"Ştutqart"ın kapitanı milli seçimini etdi: Türkiyə, yoxsa Almaniya?
Bizi izləyin

İdman

"Ştutqart"ın kapitanı milli seçimini etdi: Türkiyə, yoxsa Almaniya?

"Ştutqart"ın türkəsilli kapitanı Atakan Karazor milli komanda ilə bağlı seçimini edib.

Publika.az xəbər verir ki, Almaniyada doğulan yarımmüdafiəçi Türkiyə yığmasında çıxış edəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

27 yaşlı futbolçunun Türkiyə vətəndaşlığı almaq üzrə olduğu bildirilir. Prosedur tamamlandıqdan sonra baş məşqçi Vinçenso Montella onu millinin oyunlarına dəvət edə biləcək.

Qeyd edək ki, Atakan Karazor 2019-cu ilin yayından "Ştutqart"da çıxış edir. O, bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm