Ona 150 milyon qiymət kəsdilər: “Real” hazırdır
Bizi izləyin

İdman

Ona 150 milyon qiymət kəsdilər: “Real” hazırdır

“Real” “Bayer Leverkuzen”in hücumameyilli yarımmüdafiəçisi Florian Virtsi transfer etmək üçün favoritdir.

Publika.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.

Mənbəyə görə, alman klubu futbolçunu150 milyon avro dəyərində qiymətləndirir. Virts üçün “kral klubu”ndan başqa, “Mançester Siti” və “Bavariya”nın da mübarizə apardığı vurğulanır.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm