"Atletiko" derbi ilə bağlı iclas keçirdi: Onlara ömürlük cəza verildi
Bizi izləyin

İdman

"Atletiko" derbi ilə bağlı iclas keçirdi: Onlara ömürlük cəza verildi

"Atletiko" rəhbərliyi "Real"la 8-ci tur matçında (1:1) meydana yad əşyalar atdıqları üçün 60-a yaxın azarkeşin matçlara gəlməsini qadağan edəcək.

Publika.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin sözlərinə görə, sentyabrın 30-da klubdaxili iclas keçirilib. Toplantıda “Real”la oyunda baş verənlərin bir daha təkrarlanmaması üçün addım atılmalı olduğu bildirilib. Bu səbəbdən 60-a yaxın klub fanatının ömürlük cəzalandırılmasına qərar verilib. Onlar bir daha komandanın matçlarını stadiondan izləyə bilməyəcəklər.

"Atletiko" həm də yaxın gələcəkdə stadionda olanların kimliyini gizlədə biləcək hər hansı əşyanın istifadəsinə qadağa qoyacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm