Ferqyuson qərar verdi: MY-nin yeni baş məşqçisi o olsun
Bizi izləyin

İdman

Ferqyuson qərar verdi: MY-nin yeni baş məşqçisi o olsun

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson komandaya hazırda rəhbərlik edən Erik ten Haqa istefaya göndəriləcəyi təqdirdə onun yerinə gələcək mütəxəssisi müəyyənləşdirib.

Publika.az xəbər verir ki, "La Gazzetta dello Sport" məlumat yayıb.

Ferqyuson "Yuventus"dan ayrılan Massimiliano Alleqrinin namizədliyini şəxsən təsdiqləyib. Qeyd olunur ki, şotlandiyalı məşqçi Alleqrini Ten Haqa ideal əvəzləcəyi hesab edir.

Məqalədə klub rəhbərliyinin niderlandlı mütəxəssisin gələcəyi ilə bağlı 2 oyundan sonra qərar verəcəyi bildirilir. “İnter”in baş məşqçisi Simone İnzaqi də potensial namizədlər siyahısındadır.

Ten Haqın mümkün qovulması ilə bağlı şayiələr Premyer Liqanın 6-cı turunda "Tottenhem"lə ev oyununda biabırçı məğlubiyyətdən (0:3) sonra aktiv şəkildə yayılmağa başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm