Fatih Terim "Neftçi"nin baş məşqçisi olacaq?
Bizi izləyin

İdman

Fatih Terim "Neftçi"nin baş məşqçisi olacaq?

Türkiyənin tanınmış futbol məşqçilərindən olan Fatih Terim "Neftçi"nin yeni baş məşqçisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı KİV-ləri məlumat yayıb.

Mövsümə uğursuz başlayan "ağ-qaralar" vəziyyəti dəyişmək üçün Terimi komandaya rəhbər təyin etməyi planlaşdırır. Qeyd olunub ki, indiki şəraitdə təcrübəli mütəxəssisin maaşını ödəyə biləcək yeganə klub Bakı təmsilçisidir.

Hazırkı baş məşqçi Roman Qriqorçukun tezliklə qovulacağı gözlənilir.

Fatih Terim son olaraq "Panatinaikos"da çalışıb.

Qeyd edək ki, "Neftçi" Roman Qriqorçukun rəhbərliyi altında 8 görüşdə 5 heç-heçə və 3 məğlubiyyətlə üzləşib. Komanda Azərbaycan Premyer Liqasında 8-ci pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm