Futbolda film kimi hadisə: "Taxi 4"-də yaşananlar gerçək oldu - VİDEO
Bizi izləyin

İdman

Futbolda film kimi hadisə: "Taxi 4"-də yaşananlar gerçək oldu - VİDEO

Bolqarıstanda keçirilən futbol matçında maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, ÇSKA (Sofiya) - "Septemvri" oyunu zamanı stadiona taksi daxil olub. Bu, hamını təəccübləndirib. Hətta sürücünün özü belə nə baş verdiyini anlamayıb.

Arenanın əməkdaşları hadisəyə dərhal müdaxilə edərək taksiyə çıxış yolunu göstəriblər.

Bu hadisə azarkeşlərə Luk Bessonun “Taxi 4” filmindən bir səhnəni xatırladıb. Söhbət taksi sürücüsü Danielin "Marsel"də çıxış edən Cibril Sisseni debüt matçına necə çatdırması və stadionun mərkəzinə daxil olmasından gedir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm