"Real" Karvaxalın yerini doldurmaq üçün axtarışlara başladı: 4 namizəd var
Bizi izləyin

İdman

"Real" Karvaxalın yerini doldurmaq üçün axtarışlara başladı: 4 namizəd var

"Real" Daniel Karvaxalın zədəsindən sonra fəal şəkildə yeni müdafiəçi axtarışlarına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirlir ki, Madrid klubu əsas namizədlərdən biri olan "Leypsiq"in müdafiəçisi Kastelyo Lukebin transferi üçün artıq danışıqlar başlayıb.

Digər namizəd isə Niderland millisinə çağırılmağa başlayan “Ayaks”ın 18 yaşlı müdafiəçisi Yorrell Hatodur.

Başqa bir seçim, "Palmeyras"ın əsas komandasında və Braziliyanın gənclər yığmasında çıxış edən 18 yaşlı Vitor Reysdir.

"Liverpul"un lideri Trent Aleksandr-Arnold da mümkün namizəd kimi göstərilib. Lakin onun klubu ilə müqaviləsinin qeyri-müəyyənliyi işləri çətinləşdirir.

Hələlik Lukas Vaskes baş məşqçi Karlo Ançelotti üçün əsas seçim olaraq qalır. Bu mövsüm Vaskes 8 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Karvaxalın dizində çarpaz bağ zədəsi var. O, əməliyyat olunacaq və mövsümün qalan hissəsini buraxacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm