"Qarabağ"ın oyununda azarkeş rekordu
Bizi izləyin

İdman

"Qarabağ"ın oyununda azarkeş rekordu

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanı 7 min tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan izləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm