Kapitan əməliyyat olundu: Bu mövsüm oynamayacaq
Bizi izləyin

İdman

Kapitan əməliyyat olundu: Bu mövsüm oynamayacaq

"Yuventus"un müdafiəçisi və kapitanı Qleyson Bremer sol dizinin ön çarpaz bağlarından əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyatın uğurla keçdiyi, futbolçunun yaxın günlərdə reabilitasiya prosesinə başlayacağı qeyd edilir. 27 yaşlı braziliyalının yalnız növbəti mövsümdə meydana qayıda biləcəyi gözlənilir.

Bremer Çempionlar Liqasının “Leypsiq”lə oyununda (3:2) zədələnib. Bu mövsüm o, "byankoneri"nin heyətində 8 oyun keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm