Bu klub məşq prosesini gizli saxlamaq üçün 200 minlik divar inşa etdirdi
Bizi izləyin

İdman

Bu klub məşq prosesini gizli saxlamaq üçün 200 minlik divar inşa etdirdi

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq maraqlı qərarı ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, niderlandlı mütəxəssis komandanın hazırlıq prosesini qapalı saxlamaq və əlverişsiz hava şəraitindən qorunmaq üçün təlim-məşq mərkəzində ağ divar inşa etdirib. Nəhəng tikili “qırmızı şeytanlar”a 200 min funt-sterlinqə başa gəlib.

İnşa edilən divarın dəyəri yüksək olduğu üçün klubda çalışan 250 nəfər işçi ixtisar olunub.

Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 8 xal olan “Mançester Yunayted” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm