"Barsa"nın gənc ulduzundan örnək plan: Futboldan əlavə...
Bizi izləyin

İdman

"Barsa"nın gənc ulduzundan örnək plan: Futboldan əlavə...

"Barselona"nın müdafiəçisi və gənc ulduzlarından biri olan Pau Kubarsi maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, "La Masia" akademiyasının yetirməsi olan Pau futbolla məşğul olmaqdan əlavə marketinq və ya biznes menecmenti üzrə təhsil aldığını bildirib:

“Mən ikinci kursda təhsil alıram. Hələ də komanda yoldaşlarımla "La Masia"da yaşayıram, çünki diqqətimi həm dərslərimə, həm də futbola yönəltmək istəyirəm. Mən marketinq və ya biznes menecmenti üzrə dərəcə almaq istəyərdim”.

Qeyd edək ki, 17 yaşlı ispaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm