Ərəblər məşhur klubun stadionunun adını aldılar: Bu qədər ödəyəcəklər
Bizi izləyin

İdman

Ərəblər məşhur klubun stadionunun adını aldılar: Bu qədər ödəyəcəklər

“Atletiko”nun ev oyunlarını keçirdiyi stadionunun adı dəyişdiriləcək.

Publika.az xəbər verir ki, Madrid klubu arenanın yeni sponsoru olacağını elan edib. La Liqa nəhəngi Səudiyyə Ərəbistanının “Riyadh Air” aviadaşıyıcısı ilə müqavilə bağlayıb. Əməkdaşlığın ən azı 2033-cü ilə qədər davam edəcəyi bildirilir. Anlaşmanın qiyməti 250-300 milyon avro civarında qiymətləndirilir.

Klub 2017-ci ildə əfsanəvi "Visente Kalderon" arenasından ayrıldıqdan sonra 68.456 nəfərlik "Estadio Metropolitano"ya köçüb. İlk 5 ildə sponsor "Wanda", 2022-ci ildən isə "Civitas" olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm