Braziliyadan qələbə, Argentina büdrədi
Bizi izləyin

İdman

Braziliyadan qələbə, Argentina büdrədi

Cənubi Amerika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib.

Publika.az xəbər verir ki, Braziliya millisi Çilinin qonağı olub. Görüş "sambaçılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Pentakampionlar" bu qələbə sayəsində xalların sayını 13-ə çatdırıb və turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Çilililər 5 xalla 9-cu yerdədirlər.

Argentina millisi isə Venesuelanın qonağı olub. Görüş gözləniləndən 30 dəqiqə gec başlayıb. Buna səbəb oyundan əvvəl yağan güclü yağışın meydanı yararsız vəziyyətə salması olub. Bərbad vəziyyətdə olan meydançada keçirilən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Argentina millisinin kapitanı Lionel Messi 2 oyunluq faslədən sonra komandaya qayıdıb. O, zədə səbəbindən sentyabrda Çili (3:0) və Kolumbiya (1:2) ilə görüşləri buraxıb.

Cənubi Amerikanın seçmə turnirinə Argentina 19 xalla başçılıq edir. Venesuela isə 7-cidir.

DÇ-2026: Cənubi Amerika zonası üzrə seçmə mərhələ: 9-cu tur
Boliviya - Kolumbiya 1:0
Qol: Miquelito, 58.

Venesueal - Argentina 1:1
Qollar: Rondon, 65 - Otamendi 13.

Ekvador - Paraqvay 0:0

Çili Braziliya 1:2
Qollar: Varqas, 2 - İqor Xesus, 45+1. Luis Enrike, 89.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm