ABŞ-da qalmaqal: Müsəlman baş məşqçini Livan bayrağına görə işdən qovublar?
Bizi izləyin

İdman

ABŞ-da qalmaqal: Müsəlman baş məşqçini Livan bayrağına görə işdən qovublar?

Amerika Milli Futbol Liqasının ilk müsəlman baş məşqçisi Robert Saleh vəzifəsindən uzaqlaşdırılıb.

Publika.az xəbər verirk i, iddiaya görə, o, oktyabrın 6-da “Nyu York Jets”in “Minnesota Vikinqs”ə qarşı keçirdiyi matçda Livan nişanı taxdığı üçün qovulub.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) tərəfindən verilən açıqlamada, son matçda Livan bayrağını taxan "New York Jets"in Livan əsilli amerikalı baş məşqçisi Salehin istefaya göndərildiyi qeyd olunub. Hətta məşqçinin təhlükəsizlik müşayiəti altında komanda binasından çıxarıldığı qeyd olunub.

“Xüsusilə də baş məşqçi Salehin bir neçə gün əvvəl bir oyunda Livan bayrağı nişanı taxdığını və komandanın sahibi Vudi Consonun ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının rəsmisi olduğunu nəzərə alsaq, narahatlıqlar daha da artır."Biz onu məşqçi Salehlə qeyri-adi düşmən münasibətinə dair ətraflı izahat verməyə dəvət edirik", - deyə şuradan bildirilib.

Digər tərəfdən, ABŞ-ın bəzi mətbuat orqanlarında "Nyu York Jets"in Salehin mövsümə 3 məğlubiyyət 2 qələbə ilə başlaması və komandanın ulduz oyunçusu Aaron Rocers ilə yaşanan gərginliyə görə vəzifəsindən uzaqlaşdırdığı iddia edilib.

Salehin karyerasının gözlənilməz sonu sosial şəbəkələrdə də geniş əks-səda doğurub.

Qeyd edək ki, İsrail Livanın cənubunda "Hizbullah"a qarşı əməliyyatlar keçirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm