Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR
Bizi izləyin

İdman

Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR

Atlet Aleksandra Yankulesku Los-Anceles Olimpiadası ərəfəsində açıq-saçıq şəkillərini satdığı portalda hesab yaratmaq qərarından danışıb.

Publika.az xəbər verir ki, Yankulesku həyatının həmin vaxtdan bəri yaxşılığa doğru dəyişdiyini etiraf edib.

Rumıniyalı idmançı 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında qadınların 500 metr məsafəyə konkisürmə yarışında iştirak edib. İndi Kanadada yaşayan 32 yaşlı idmançı gələcəkdə yenidən Olimpiadada iştirak etmək məqsədi ilə şosse və trek velosipedi ilə məşğul olub.

Aleksandra əlavə gəlir forması kimi sözügedən portalda hesabından istifadə edir. O, 320 mindən çox izləyicisinə müəyyən məbləğdə qiymətləndirilmiş açıq-saçıq şəkillərini satır.

“Niyə yalnız fanatlar? İnsanlar hər zaman bunu məndən soruşurlar. Nə etdiyinizdən asılı olmayaraq dünya sizi həmişə mühakimə edəcək. Ya çox kök, ya da çox arıq, çox qəribə və ya darıxdırıcısan. Xoşbəxtlikdən, mən çox gənc yaşlarımda başa düşdüm ki, hər şeyi öz istədiyim kimi edəcəyəm”, - deyə Aleksandra bildirib.

“2021-ci ildə bu hesabı açmağa qərar verdim, çünki bikinili şəkillərimə çoxlu bəyənmələr gəlirdi və insanlar mənə onları bu platformada satmağımı deyirdilər.

Mən belə fotoşəkilləri satmaqla məşhur olmaq istəmirdim. İdmançı kimi çox səy göstərdim, təhsilim üzərində çox çalışdım. Bir neçə dildə danışıram və özümə hörmət edirəm. Amma saytda qeydiyyatdan keçəndən sonra həyatım yaxşılığa doğru dəyişdi.

İndi mən özümü tamamilə məşqə həsr edə bilərəm, lazımi avadanlıqları, xəyallarımdakı velosipedləri ala bilirəm. Başqa məqsədlər üçün pula qənaət edə bilərəm. Üç işlə məşğul olaraq idmanı qurban verməli olmadığıma görə sevinirəm, Əvvəllər etdiyim kimi, olimpiya arzularımı həyata keçirmək istəyirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Aleksandra sosial şəbəkələrdən əlavə gəlir mənbəyi kimi istifadə edən yeganə idmançı deyil.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm