Hakimlə məşqçi arasında qanlı olay: Biri öldü, digəri yaralandı - FOTO
Bizi izləyin

İdman

Hakimlə məşqçi arasında qanlı olay: Biri öldü, digəri yaralandı - FOTO

Bişkekdə idman klubunda faciə baş verib.

Publika.az xəbər verir ki, Beynəlxalq Boks Federasiyasının hakimi Mukaş Yrsəliyev ölüb, boks üzrə Qırğızıstan milli komandasının keçmiş məşqçisi Jildizbek Niyazəliyev güllə yarası alıb. Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, onlar arasında maliyyə mübahisələri olub.

Bildirilir ki, cümə axşamı axşam saatlarında Yrsəliyev Niyazəliyevin işlədiyi idman zalına gəlib. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, Yrsəliyev Niyazəliyevə hücum edib. O, ov tüfəngindən əvvəlcə Niyazəliyevə, daha sonra isə silahı götürmək istəyən yaxınlıqda olan şəxsin ayağına qəsdən atəş açıb. Mübarizə zamanı təsadüf açılan atəş Yrsəliyevin öz başına dəyib. Nəticədə o, yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm