“Barsa”nın stadionunun tikintisində dava: xəsarət alanlar var
Bizi izləyin

İdman

“Barsa”nın stadionunun tikintisində dava: xəsarət alanlar var

Barselonada “Kamp Nou” stadionunun tikintisində fəhlələr arasında əlbəyaxa dava olub.

Publika.az xəbər verir ki, “Cadena COPE”nin məlumatına görə, dava cümə günü günorta baş verib. Rumıniya və Albaniyadan olan işçi qrupları mübahisəni güc yolu ilə həll etmək istəyiblər.

Ümumilikdə davada təxminən 20 nəfər iştirak edib. Toqquşma nəticəsində 6 nəfər yüngül xəsarət alıb.

Davanın bütün iştirakçıları stadionunun tikinti sahəsindən qovulublar.

Bu, ilk dəfə deyil ki, belə bir hadisə baş verir: may ayında işçilər arasında dava olub, nəticədə iki nəfər yaralanıb, dörd nəfər həbs edilib.

“Kamp Nou”nun yenidən qurulmasına 2022/23 mövsümü başa çatdıqdan sonra başlanılıb və 2026-cı ildə başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm