Ölkə prezidenti tələb etdi: Onları cəzalandırın
Bizi izləyin

İdman

Ölkə prezidenti tələb etdi: Onları cəzalandırın

Nigeriya prezidenti Bola Tinubu Afrika Futbol Konfederasiyasını (CAF) Liviyaya qarşı tədbir görməyə çağırıb.

Publika.az xəbər verir ki, "qartallar" keçən həftə Abukada Liviyanı 1-0 məğlub edib və bazar günü baş tutacaq cavab matçı üçün Liviyada Benqaziyə getməli idilər. Lakin onların uçuşu 200 km məsafədə tərk edilmiş Əl-Abak hava limanına yönləndirilib. Orada yeməksiz, susuz və rabitəsiz saxlanılıblar. Nigeriyanın kapitanı Uillyam Troost-Ekonq bazar ertəsi axşam video vasitəsilə Nigeriyaya sağ-salamat qayıtdıqlarını açıqlayıb.

“Prezident Tinubu Nigeriya komandasının təhlükəsiz geri qayıtmasına sevinir və onlara qarşı qeyri-insani rəftardan sonra tezliklə ədalət tələb edir. Prezident Bola Tinubu Liviya hava limanında Nigeriya komandasına qarşı qeyri-insani rəftardan dərin sarsıntı keçirib.

Prezident TiCAF İntizam Komissiyasından təşkilatın qaydalarını və nizamnaməsini qəsdən pozan şəxslərə qarşı hərtərəfli araşdırma aparılmasını və müvafiq tədbirlər görməsini gözləyir", - deyə prezident ofisinin bəyanatında deyilir.

Qeyd edək ki, Liviya səlahiyyətlilərinin dəhşətli rəftarı səbəbindən Nigeriya Futbol Federasiyası bu günə planlaşdırılan matçda iştirak etməkdən imtina edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm