Əfsanə əməliyyat olundu
Bizi izləyin

İdman

Əfsanə əməliyyat olundu

Amerikalı tennisçi Serena Uilyams boynundakı kistanı çıxarmaq üçün əməliyyat olunduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“May ayında boynumda şiş aşkarladım. Dərhal həkimə getdim və MRT çəkdim. Orada məlum oldu ki, boynumda kista var. Mənə dedilər ki, götürməyə məcbur deyiləm. Bunu istəmədim, amma qabarıq böyüməyə davam etdi.

Qreypfrut ölçüsündə idi və daha da pisləşə bilərdi. Ona görə də əməliyyat olunmaq qərarına gəldik. Xoşbəxtəm ki, hər şey yaxşı keçdi və mən sağlamam”, – deyə əfsanəvi qadın tennisçi bildirib.

43 yaşlı Uilyams tək və qadın cütlüklərində dördqat olimpiya çempionu olmaqla yanaşı, karyerasında “Qızıl dəbilqə”nin qalibidir. Ümumilikdə o, 38 Böyük Dəbilqə turnirinin qalibi olub.

2022-ci ilin sentyabrında amerikalı idmançı peşəkar karyerasında son görüşünü keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm