Nida Xəbər
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan dörd il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
Publika.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
-
Qoroskop00:40
Günün qoroskopu: şirin vədlərə aldanmayın!
-
Elm və təhsil16 Oktyabr 22:58
600-dən çox bal toplayanlar əsgərliyini burada çəkəcək - DETALLAR
-
Dünya16 Oktyabr 22:10
Türkiyəyə mərmi atıldı - VİDEO
-
İdman16 Oktyabr 21:59
Messi “Qızıl top”u qazanmalı olan futbolçunun adını çəkdi
-
ABŞ16 Oktyabr 21:45
Bayden Ukraynaya 425 milyonluq yardım paketini elan etdi
-
Qoroskop16 Oktyabr 20:12
Yer üzündəki mələklər - Ən məsum 3 bürc
-
MDB16 Oktyabr 19:50
Putindən səhhəti ilə bağlı AÇIQLAMA: "Mütəmadi olaraq..."
-
Elm və təhsil16 Oktyabr 19:10
Üç gündür işıq olmayan məktəblə bağlı RƏSMİ AÇIQLAMA