Tuxelin təyinatından narazılıq
Bizi izləyin

İdman

Tuxelin təyinatından narazılıq

Keçmiş ingilis futbolçu Denni Mills Tomas Tuxelin İngiltərə millisinə baş məşqçi təyin olunmasından danışıb:

Publika.az xəbər verir ki, o, alman mütəxəssisin təyinatından narazılıq edib:

“Qəribə qərardır. Niyə onu indi təyin eləməyəsən ki, futbolçularla tanış olsun, bir-iki oyun keçirsin? Bu, onun Dünya Kubokunu asanlıqla qazanacağı demək deyil.

Tuxelin klublarda bir az problemləri var idi, amma burada onun üçün kənardan oyunçu ala bilməyəcəklər. Bəlkə də o ən yaxşısıdır. Bəli, o, əla məşqçidir, lakin bu təyinat bir az gözlənilməz oldu”.

51 yaşlı mütəxəssis 2025-ci il yanvarın 1-dən komanda ilə işə başlayacaq. O vaxta qədər Li Karsli müvəqqəti məşqçi olaraq qalacaq. Tuxelin son iş yeri 2023/24-cü illərdə rəhbərlik etdiyi “Bavariya” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm