Avropa çempionu oğurluqda ittiham olunur - FOTO/VİDEO
Bizi izləyin

İdman

Avropa çempionu oğurluqda ittiham olunur - FOTO/VİDEO

Portuqaliya millisinin üzvü, Avropa çempionu Nani köynək oğurlamaqda günahlandırılıb.

Publika.az “The Sun”a istinadən xəbər verir ki, hadisə 37 yaşlı vingerin hazırda çıxış etdiyi “Estrela” klubunun stadionu yaxınlığında baş verib.

Naninin Avro 2016-nın qalibi olan formasının surətini onlayn aldığını iddia edən bir azarkeş “Mançester Yunayted”in keçmiş oyunçusundan onu imzalamağı xahiş edib. Sosial şəbəkələrdə Naninin maşın sürərkən pərəstişkarı ilə danışdığı video yayımlanıb. Həmin şəxsin sözlərinə görə, Portuqaliya millisinin keçmiş oyunçusu futbolkanı haradan aldığını soruşmağa başlayıb.

“Mən ardıcıl olaraq onu aldığımı izah etdim. Hətta bunun ona və ya əşyalarına heç bir aidiyyəti olmadığını sübut etdim”, – deyə fanat bildirib.

Azarkeşin dediyinə görə, Nani köynəyi götürüb, sərnişin oturacağına atıb və oradan uzaqlaşıb. Şoka düşən şəxs sonda polisə ifadə yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm