Futbolçunun başına gələn film kimi hadisə: 9 ay yolunu gözlədiyi uşaq onun deyilmiş - FOTOLAR
Bizi izləyin

İdman

Futbolçunun başına gələn film kimi hadisə: 9 ay yolunu gözlədiyi uşaq onun deyilmiş - FOTOLAR

"Şaxtyor"un müdafiəçisi Vinisius Tobias son dərəcə xoşagəlməz vəziyyətə düşüb.

Publika.az xəbər verir ki, bir həftə əvvəl sevgilisi İnqrid Limadan Mayte adlı qız uşağı dünyaya gəlib. Futbolçu ilk övladına o qədər sevinib ki, dərhal qızının adını bədəninə döymə etdirib.

Maytenin onun uşağı olmadığını biləndə Vinisius şoka düşüb. DNT testindən sonra cütlük qızın atasının başqa bir şəxs olduğunu öyrənib. Braziliya mətbuatının yazdığına görə, o, İnqridin şəxsi sürücüsü olub. Artıq insanlar sosial şəbəkələrdə futbolçunu ələ salmağa başlayıblar. Bundan sonra uşağın anası açıqlama verib.

“Vinisius və mən bir müddətdir ki, birlikdə deyilik. Bu müddət ərzində mən də başqası ilə münasibətdə idim, o da. İkimiz də həyatımızı yaşamağa davam etdik. Bu vaxt Mayte dünyaya gəldi. Biz DNT testi etmək qərarına gəldik. O, Vinisiusun qızı deyil. Sizdən ona hücum etməyi dayandırmağınızı səmimi qəlbdən xahiş edirəm. Biz artıq oturub bunu sülh yolu ilə müzakirə etmişik”, – deyə model "İnstaqram" səhifəsində yazıb və sonra profilini bağlayıb.

Qeyd edək ki, Vinisius Tobias 2022-ci ilin qışında Braziliyanın “İnternasional” klubundan “Şaxtyor”a keçib. Transfer məbləği 6 milyon avro olub. Müharibə başlayandan sonra oyunçu "Real"a icarəyə keçib və əsasən əvəzedici komandada çıxış edib. O, əsas komandada bir oyun keçirməyi bacarıb. Ötən mövsümün sonunda icarə müddəti bitib və Vinisius "Şaxtyor"a qayıdıb. Hazırda braziliyalı klubda 4 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm