Füzuli Ələkbərov onlara son şansı verdi: “Əgər yenə ...” - ÖZƏL
Bizi izləyin

İdman

Füzuli Ələkbərov onlara son şansı verdi: “Əgər yenə ...” - ÖZƏL

Cüdo federasiyasının nəticə verməməsi və bu üzdən qalmaqalların yaranması barədə məlumat vermişdik.

(http://publika.az/site/p/48810)

Füzuli Ələkbərovun federasiyası bunun öhdəsindən gəlməyə çalışır. Belə ki, son zamanlar turnirlərdən medalsız qayıdan millidə dəyişiklik edilir.

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub. Yığmamız Yaponiyanın paytaxtı Tokioda start götürəcək “Böyük Dəbilqə” turnirinə 14 yox, 10 cüdoçu ilə qatılacaq.

Belə ki, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov son anda Leyla Əliyeva (48 kq), Vüqar Şirinli (66 kq), Ramin Qurbanov (90 kq) və Elxan Məmmədovu (100 kq) səfərə aparmağa qərar verib. Həmçinin, Tokioda Məhəmmədəli Mehdiyev yeni - 90 kq çəki dərəcəsində tatamiyə çıxacaq. O, buna kimi 81 kq çəkidə mübarizə aparırdı.

Artıq yarışın püşkatma mərasimi də baş tutub. Millimizin üzvlərindən yalnız Orxan Səfərov 60 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq.

Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, rəhbərlik Hacıağa Hacıəhmədova və qurumdakı bəzi adamlara son şansı verib.

Belə ki, əgər idmançılarımız bu yarışda da üzümüzü ağartmasa Füzuli Ələkbərovun qurumu Hacıağa müəllim və bəzi işçilərlə vidalşacaq. Bu, qurumun qəti qərarıdır.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirinin püşkünün nəticələri belədi:

5 dekabr

Kişilər

60 kq

Orxan Səfərov - Erik Takabatake (Braziliya)/Abdulaziz Albaşi (Səudiyyə Ərəbistanı)

İlqar Müşkiyev - Şenq-Tinq Huanq (Çin Taypeyi)/Janeyro Çan Ling (Madaqaskar)

Qadınlar

57 kq

Kifayət Qasımova - Miryam Roper (Almaniya)

6 dekabr

Kişilər

73 kq

Rüstəm Orucov - Fenq Mao Li (Çin Taypeyi)

Hüseyn Rəhimli - Şohey Ono (Yaponiya)

81 kq

Abdulhaqq Rəsullu - Daniel Qonzales (İspaniya)

7 dekabr

90 kq

Məhəmmədəli Mehdiyev - Mixael Jank (Sloveniya)

Firudin Dadaşov - Kamoliddin Xolmamatov (Qazaxıstan)

100 kq

Elmar Qasımov - Aaron Volf (Yaponiya)/Kil Reyes (Kanada)

+100 kq

Uşanqi Kokauri – Radek Hesl (Çexiya)

Qeyd edək ki, yarışa 65 ölkədən 424 (253 kişi, 171 qadın) cüdoçu qatılacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm