“Qarabağ” 200-cü qolunu vurdu
Bizi izləyin

İdman

“Qarabağ” 200-cü qolunu vurdu

Azərbaycan kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində MOİK ilə keçirilən oyun Ağdamın “Qarabağ” komandası üçün əlamətdar olub.

Publika.az-ın məlumatına görə, qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açan İnnosent Emeqara Ağdam təmsilçisinin kubok oyunlarında 200-cü qolunu vurub. Bu matçadək keçirdiyi 117 qarşılaşmada 199 qol vuran əyalət klubu səkkizdəbir finalda bu rəqəmi 203-ə çatdırıb.

“Qarabağ”ın orta məhsuldarlığı 1,72 topdur. Ağdamlılar kubokda 200 və daha çox qol vuran ikinci komanda olub. Yalnız “Neftçi” daha çox – 219 dəfə fərqlənib.

“Qarabağ”ın kubokdakı ilk qolunu 1993-cü il martın 17-də Şəkinin “Gənclik” komandası ilə qarşılaşmada Kənan Kərimov vurub.

MOİK ilə qarşılaşma həm də “Qarabağ”ın kubokda 70-ci qələbəsi olub. Ağdam klubu bu göstəricidə yalnız “Neftçi”dən geri qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm