Tarixi oyuna 31200 bilet ayrılıb
Bizi izləyin

İdman

Tarixi oyuna 31200 bilet ayrılıb

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində doğma meydanda "İnter"i qəbul edəcək "Qarabağ" bilet satışına dekabrın 8-də başlayacaq.

Publika.az-ın "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığı məlumata görə, oyun üçün 31200 bilet nəzərdə tutulub. Bu biletlərdən 300-ü media üçün ayrılıb.

Biletlərin qiyməti yerdən asılı olaraq 1-10 manat arasında dəyişir. VİP sektor üçün isə biletin qiyməti 50 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm