İdman
Ronaldoya çağırış etdi: Onun yanına get
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Ues Braun keçmiş komanda yoldaşı Kriştiano Ronaldoya məsləhət verib.
Publika.az xəbər verir ki, o, portuqaliyalı superulduza “İnter Mayami”də çıxış edən Lionel Messinin yanına getməyə, MLS-də karyerasını davam etdirməyə çağırış edib:
“Ronaldo Amerikaya getməlidir. Lionel Messi orada oynayır. Mən indi onun oyununu görmüşəm və yaxşı səviyyədədir. O, qol vurur və yaşına uyğun formada görünür. 40 yaşında meydanda qaçır. Mümkün qədər uzun müddət oynamaq istəyir və o, növbəti dəfə harada oynamaq istədiyini seçə bilən oyunçudur.
Kriştiano tezliklə butslarını asmayacaq və rekordlar qırmağa davam edəcək. O, artıq bir neçə ölkədə oynayıb və mən onun Amerikanı öz siyahısına əlavə etməsini istəyərdim. Ronaldo son vaxtlar Messidən daha çox qol vurur və onların yenidən baş-başa olduğunu görmək əla olardı”.
Hazırda 39 yaşlı Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 19 matçda 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı



































