“Qalatasaray” onu ABŞ klubuna icarəyə verdi
Bizi izləyin

İdman

“Qalatasaray” onu ABŞ klubuna icarəyə verdi

“Qalatasaray”ın 32 yaşlı fil dişili yarımmüdafiəçisi Vilfrid Zaha “Major League Soccer” Liqasında çıxış edən “Şarlotta” klubuna keçib.

Publika.az xəbərt verir ki, Zaha ABŞ-da icarə əsasında çıxış edəcək.

Zaha uzun illər İngiltərənin “Kristal Pelas” klubunda oynaması ilə tanınır. 2013-2023-cü illərdə Vilfrid bu klubda 275 oyun keçirib və 67 qol vurub.

2023-cü ilin yayında Zaha Türkiyənin “Qalatasaray” klubunun futbolçusu olub. Bu klubda o, 30 dəfə meydana çıxıb və doqquz effektiv zərbə endirib.

Yarımmüdafiəçi İngiltərə millisinin forması ilə iki oyun keçirib və bundan sonra Fil Dişi Sahilində oynamağa icazə alıb. Bu komandada 31 oyun keçirib və 5 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm