Cənubi Qafqaz
Ermənistan parlamentində qalmaqal: hansı ərazilər Azərbaycana qaytarılacaq? - VİDEO
Azərbaycan-Ermənistan sərhəd komissiyalarının 16 yanvar razılaşmasından sonra İrəvanda “Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək” iddiası müzakirə edilir.
Publika.az xəbər verir ki, Ermənistan parlamentinin dünən keçirilən iclasında bu iddia ətrafında qalmaqal yaşanıb.
Erməni deputatlar baş nazirin müavini, delimitasiya komissiyasının sədri Mher Qriqoryandan bu məsələyə aydınlıq gətirməsini istəyib.
Qriqoryan isə cavabında konkret heç nə deməyib. Bildirib ki, razılaşdırılmış məsələlər və onların əhatə dairəsi dərc olunur: “Son görüşlə bağlı da məlumatlar ictimaiyyətə açıqlandı. Əgər bu məsələ razılaşmada qeyd olunmayıbsa, deməli, yoxdur”.
Bununla bağlı Qriqioryana sual ünvanlayan “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan cavabdan qane olmayıb.
“Bəlkə zaldan soruşaq ki, kimsə sizin dediyinizi başa düşüb, ya yox? Mən konkret sual verirəm və aydın cavab gözləyirəm”, - o bildirib.
Qriqoryan isə Danielyana deyib ki, hər şeydən öncə bu cür məlumatları haradan aldığınızı açıqlamalısınız: “Razılaşmaların əldə olunduğu haqda məlumatlar var, hər şey orada öz əksini tapır”.
Danielyan isə “adamlar sənin dediyindən heç nə anlamadı, Kirants-Voskoper yolunun hansı hissəsini Azərbaycana verəcəksən?” deyə cavab verib. Bu məsələyə görə mübahisə yaranıb.
Asif
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ













.jpg)

.jpg)

















.png)



