ABŞ
Trampdan husilərlə bağlı fərman
ABŞ Prezidenti Donald Tramp Yəmən husilərinin “Ənsar Allah” qruplaşmasının ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınması haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bu əmr "Ənsar Allah" təşkilatının, həmçinin husilər kimi tanınan qrupun xarici terror təşkilatı kimi tanınması üçün nəzərdən keçirilməsi prosesini başladır”, – fərmanda qeyd olunub.
“Husilərin hərəkətləri Yaxın Şərqdəki Amerika mülki şəxslərinin və personalının təhlükəsizliyinə, ən yaxın regional tərəfdaşlarımızın təhlükəsizliyinə və qlobal dəniz ticarətinin sabitliyinə təhdid yaradır”, – sənəddə qeyd olunub.
Fərmana əsasən, ABŞ dövlət katibi 30 gün ərzində Milli Təhlükəsizlik Şurası vasitəsilə prezidentə “Ənsar Allah”ın xarici terror təşkilatları siyahısına daxil edilməsi barədə hesabat təqdim etməli, hesabatın təqdim edilməsindən 15 gün sonra təşkilatın terror təşkilatı kimi tanınması üçün bütün tədbirləri görməlidir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamenti Yəməndə husilərə ödəniş edən və ya qruplaşma ilə mübarizədə beynəlxalq səylərə mane olan istənilən təşkilatla əlaqələri kəsəcək.
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər


































.png)