İdman
“Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq” - Ayxan Abbasov
“Şamaxı” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyuna yaxşı başladıq. 100 faizli qol epizodlarından istifadə edə bilmədik. İlk hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, bununla da matçın taleyi həll olundu. Sonradan dəyişikliklər etsək də, əfsuslar olsun ki, alınmadı. Bu matçı unudub, qarşıdakı oyunlara hazırlaşacağıq. Komandama inanıram. Bu durumdan, inşallah, birlikdə çıxacağıq.
– Turnir cədvəlində sizdən geridə olan komandalarla xal fərqi qapanır. Bu, komandanız üzərində nə dərəcədə gərginlik yaradır?
– Bilirdik ki, böyük xal fərqimiz yox idi. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək.
– Cəlal Hüseynovun performansını necə qiymətləndirirsiz? Onunla bağlı hansı addımlar atacaqsız?
– Hansısa futbolçu barədə fərdi danışmaq düzgün olmaz. Cəlal komandamıza yeni qoşulub. Texniki səhvləri çox edir. Gəncdir, üzərində çox çalışmalıdır. Səbirli olmaq lazımdır.
-
Elm və təhsil31 Yanvar 23:30
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
-
Sosial31 Yanvar 23:15
Çörəyin qiyməti ilə bağlı daha bir XƏBƏR
-
Nəqliyyat31 Yanvar 21:55
Bu yolda məhdudiyyət aradan qaldırıldı
-
Magazin131 Yanvar 21:19
Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO
-
Nəqliyyat31 Yanvar 19:05
Bu avtobusların hərəkət sxemi dəyişdirilir
-
Səhiyyə31 Yanvar 18:15
Səhiyyə Nazirliyi məlumat yaydı: son bir ayda 82 plastik cərrah...
-
Dünya31 Yanvar 16:48
Alimlər heyrətdə: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
-
Sosial31 Yanvar 15:41
Bakıda iş saatları dəyişəcək: bundan sonra... - DETALLAR