Fransanın Türkiyə ilə bağlı qərarı Yunanıstanı narahat etdi - Səfiri çağırdılar
Bizi izləyin

Dünya

Fransanın Türkiyə ilə bağlı qərarı Yunanıstanı narahat etdi - Səfiri çağırdılar

Yunanıstan Fransanın Türkiyəyə “Meteor” raketləri satmasının qarşısını almaq üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Fransanın da daxil olduğu konsorsiumun Türkiyəyə raket satışı ilə bağlı məlumatının olmadığını bildirib.

O, müdafiə naziri Nikos Dendiasın Fransanın Afinadakı səfirinə məsələ ilə bağlı açıqlama verməsi üçün çağırışını dəyərləndirib:

“Bizə Fransanın belə bir qərar verib-vermədiyi barədə məlumat verilməyib. Milli müdafiə naziri bunu ehtiyat üçün etmiş ola bilər. Ancaq Türkiyədən də müəyyən maraq ola bilər. Mənə belə bir qərar barədə məlumat verilməyib. Görək gedişat necə olacaq. Bəzən əvvəlcədən qarşısını almaq sonrakı müalicədən daha yaxşıdır”.

Dendias Fransanın Afinadakı səfiri Laurans Auerə “Meteor” raketlərinin Türkiyəyə satılacağı xəbəri ilə bağlı narahatlığını ifadə edib:

“Mən Yunanıstanın belə bir ehtimala münasibətini Fransa səfirinə bildirdim. Belə bir vəziyyət indiyədək iki ölkə arasında hökm sürən əla strateji münasibətlərə uyğun gəlmir”.

Qeyd edək ki, “Meteor” raketi Fransada yerləşən çoxmillətli Avropa müdafiə şirkəti MBDA tərəfindən istehsal edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm