Elm və təhsil
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.
Publika.az “Qafqazinfo”ya istinadən onlardan bir neçəsi barədə məlumatları təqdim edir:
Nihat Abdullayev Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksinin məzunudur. O, ADA universitetinin tələbəsidir. Nihat Abdullayev süni intellekt əsaslı “SamSam” startapı ilə dünyanın ən böyük startap müsabiqələrindən olan “Startap World Cup”da yarışmaq haqqı qazanıb.
“Samsam” ABŞ-dəki final mərhələdə seçiləcək qalibinə 1 milyon dollarlıq mükafat təqdim edən bu nüfuzlu müsabiqədə ölkəni təmsil edən ən yaxşı 5 startapdan biri kimi yarışıb.
“SamSam” uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan və süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir.
.jpg)
Aytac Əjdərli isə Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O, magistr təhsilini Bakı Mühəndislik Universitetdə alıb.
2019-cu ildən “Regional İnkişaf” İctimai Birliyində çalışır.

Prezident mükafatına layiq görülənlərdən Jalə Muradova da Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O da Aytacla birlikdə RİİB-də fəaliyyət göstərir. Jalə eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətində Könüllülərlə iş üzrə baş menecer kimi çalışıb.
.jpg)
Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova da var. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Məmmədzadə Vüqar isə bəstəkardır. 1996-cı ildə Bakıda anadan olub. Vətən müharibəsində könüllü iştirak edib və bir sıra medallarla təltif olunub.
.jpg)
Mircavid Ağalarov AMEA Milli Azərbaycan Tarixi Muzeyində çalışır, Arxeologiya elmi fond şöbəsinin əməkdaşıdır. O, Azərbaycan Universitetində müəllim kimi də fəaliyyət göstərib.
.jpg)
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya” əxlaqsızsan” deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək







.jpg)





.jpg)























