İdman
"Qarabağ" "Sabah"la oyunda xal itirdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qonaq edib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda ilk qolu 17-ci dəqiqədə meydan sahiblərinin “10” nömrəsi Abdullah Zubir vurub. 35-ci dəqiqədə isə Masazır təmsilçisinin nigeriyalı hücumçusu Cessi Sekidika bərabərlik qolunun müəllifi olub.
“Qarabağ” bu nəticə ilə xallarının sayını 57-yə çatdıraraq liderliyini möhkəmləndirib. “Sabah” 33 xalla 5-cidir.
Əlavə edək ki, “Sabah”ın Azərbaycan Premyer Liqasında 200-cü oyununda 2 qol qeydə alınıb.
Qeyd edək ki, XXIV turun artıq keçirilən oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə udub, “Araz-Naxçıvan” isə “Səbail”lə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək “Şamaxı” - “Turan Tovuz” və “Zirə” - “Kəpəz” oyunları ilə yekun vurulacaq.
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
İdman11:20Bu gün dünyanın diqqəti Bakıya yönələcək - UFC turniri başlayır
-
Region11:01Paşinyan kofe içərək kilsəyə belə söz atdı - VİDEO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Digər10:31Venesuelada yenə zəlzələ oldu
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
















.jpg)


.jpg)
.jpg)









