Dünya
Kabinetdə çəkilən kadrlar ölkəni ayağa qaldırdı - Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı
İraqda neft sektorunu sarsıdan qalmaqal ölkə gündəminin əsas mövzularından birinə çevrilib.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan intim məzmunlu videonun dövlət qurumlarından birinin ofisində çəkildiyi iddia olunur.
Bildirilir ki, görüntülərdə Kərkükdə fəaliyyət göstərən Şimal Layihələri İdarəsinin rəhbəri İyad Hüseyn əl-Cəvhar və həmin qurumun maliyyə departamentinin direktoru Lina Raad Möhsin yer alıb.
İlkin olaraq videonun İraq Neft Nazirliyinin Layihələr Şirkətinin baş direktoru Əli Vərd Həmuda aid olduğu iddia edilsə də, qurum bu məlumatları təkzib edib. Şirkətin yaydığı açıqlamada görüntülərin Həmuda aid olmadığı, onun barəsində yayılan ittihamların həqiqəti əks etdirmədiyi vurğulanıb.
Məlumatlara əsasən, qalmaqallı videonun yayılmasından sonra İyad Hüseyn əl-Cəvhar və Lina Raad Möhsin vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb və onların fəaliyyəti ilə bağlı araşdırmaya başlanılıb.
Qeyd olunur ki, qalmaqal İraqın neft sektorunda korrupsiyaya qarşı aparılan araşdırmalar və son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib. (Qafqazinfo)


-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Banklar 24 İyun 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil24 İyun 20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial24 İyun 13:20Sabah yağış yağacaq






.jpg)




























