Övladı dünyaya gəldikdən yarım il sonra evləndi – VİDEO
Bizi izləyin

İdman

Övladı dünyaya gəldikdən yarım il sonra evləndi – VİDEO

Şüvüllə tullanma üzrə Rusiyanın ikiqat olimpiya çempionu Yelena İsinbayeva övladı olduqdan yarım il sonra evlənib.

Publika.az xəbər verir ki, məşhur idmançı həyat yoldaşı seçimini də elə idman aləmindən edib. Belə ki, Yelena İsinbayeva Nikita Petinov ilə ailə qurub. Nikita Petinov nizəatma üzrə idman ustasıdır.

Məlumata görə, Petinov İsinbayevadan 8 yaş kiçikdir.

Toy mərasimi İsinbayevanın doğulduğu Volqoqrad şəhərində keçirilib.

Qeyd edək ki, 32 yaşlı idmançının qızı Yeva iyunun 28-də doğulub.

Xatırladaq ki, Yelena İsinbayeva 2004-cü il Afina Yay Olimpiya Oyunlarında və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb. O həmçinin 7 qat dünya və 2 qat Avropa çempionu titullarının sahibidir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm