İdman
Mirşahinin “Qarabağ”a aid sujeti qadağan edildi - VİDEO
ANS-də yayımlanan həftəlik "Hesabat" verilişindəki "Qarabağ" - "İnter" oyunu ilə bağlı Mirşahin Ağayevin hazırladığı sujetin "Youtube" portalında yayımı qadağan olunub.
Publika.az xəbər verir ki, sözügedən sujet "Youtube" portalına yerləşdirilsə də, bir neçə dəqiqə sonra silinib. Portalda sujetə baxmaq istədikdə istifadə olunan materialların müəllif hüquqları UEFA-ya məxsus olduğu əsas gətirilərək portal tərəfindən girişin qadağan edildiyi bildirilir.
Publika.az həmin sujetin mətnini təqdim edir:
Mirşahin: "Qarabağ doğrudan oyunların Qurbanıdı"
"Əvvəlcə onu deyim ki, Qurban Qurbanova və onun uşaqlarına təşəkkürümüzü bildirməliyik. Və təkcə milli topumuzu ayaqlar altında tapdalanmaqdan qurtardığına görə yox. Qurban və onun komandası doğrudan da hər şeyi etdi. Amma sonda beynəlxalq ədalət işləri korladı. Təmiz qol vurduq və kirli hakim onu batırdı".
Əlbəttə burada mübahisə etmək də, “İnter”li oyunçunun topa
toxunaraq onu qapıya yönəltdiyi və bununla da qolun sayılmalı
olduğu barədə etirafını qəribçiliyə salmaq da olar. Amma paralel
oyunda, “Sent-Etyenin Dnep”rə vurduğu və heç-heçə vəziyyəti
yaratdığı təmiz qolu da hakimlər saymayıb.
Oyun heç-heçə bitsəydi “Qarabağ” bütün hallarda irəliləyəcəkdi.
Hətta Bakıdakı ədalətsiz heç-heçə təqdirində belə. İndi kim məni
inandıra bilər ki, hər iki təmiz qol məhz “Qarabağ”ın play-offa
çıxmaması üçün hesaba alınmayıb... Qarabağ doğrudan oyunların
Qurbanıdır.
Həmişə belədir. Bizim təmiz qolumuzu hansısa kirli əl mütləq
batırır... Və sonra da bu əllər gedir BMT-də qətnamə filan
yazmağa..."
Aşağıdakı isə qadağan edilmiş videodur.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi