İndi oynasaydı, 1 trilyon dollar qazanardı – Şakil O’Nil kimi deyir?
Bizi izləyin

İdman

İndi oynasaydı, 1 trilyon dollar qazanardı – Şakil O’Nil kimi deyir?

Şöhrət Zalının üzvü, dördqat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu, hazırda analitik və ekspert Şakil O’Nil müasir basketboldakı gəlirlər haqda danışıb.

Publika.az xəbər verir ki, Şakil əminlikdə bildirib ki, indiki dövrdə oynasaydı, 1 trilyon dollar qazanardı.

“Hazırda oynasaydım, trilyonçu olardım. Mən buna yüzdə yüz inanıram”, – Şakil “New Heights” YouTube kanalında deyib.

O’Nil 1992-ci ildən 2011-ci ilə qədər NBA-da oynayıb. “Celebrity Net Worth” xidmətinin məlumatına görə, məşhur idmançının sərvəti hazırda təxminən 500 milyon dollar qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm