Ekologiya
Qar yağır - Faktiki hava
Azərbaycan dekabrın 26-sı saat 9:00-a olan məlumata əsasən arabir yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, Qax (Sarıbaş), Qobustanda 3, Şəki (Kişçay), Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 20, Balakəndə 7, Bakıda və Abşeron yarımadasında 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmir, Şabran, Lerik, Şamaxıda 1 mm-dir.
Dekabrın 25-də bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda 15 m/s-ə çatıb.
Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax (Sarıbaş), Balakən, Şəki, Yevlax, Zərdab, İmişli, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı






















.webp)













.jpg)


