Nida Təhlil
Ermənilər geri çəkildi: Sərhəddəki strateji post ordumuza təhvil verilib
Qazax-Tavuş sərhədində əvvəllər Ermənistan ordusunun dayandığı və “Yeni il” adlandırdıqları post artıq Azərbaycan ordusunun nəzarətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində yayımlanan erməni jurnalist Voskan Sarkisyanın məqaləsində bildirilir.
Sarkisyan yazır ki, 2022-ci ildə Noyemberyan sərhəd zonasında müqavilə əsasında xidmət edən əsgərlərdən biri ona “Yeni il” postundan foto göndərib.
“Fotoda postun acınacaqlı vəziyyəti aydın görünürdü. Post lazımi səviyyədə təchiz edilməmişdi. Mavi rəngli kətan dam örtüyünü əvəz edir, istidən, soyuqdan, yağış və qardan qorumurdu. Posta təkərlər yığılmışdı, beton döşmə, yaxud istehkam işləri aparılmamışdı. O vaxt bu məlumat hərbi sirr olduğu üçün heç bir nəşr bunu dərc etmək istəmədi. İki il sonra – 2024-cü ildə Tavuşda demarkasiya işləri başlandı, nəticədə İcevan icmasının Kirants kəndindəki körpü, 15 hektara yaxın ərazi, dövlətlərarası magistral yolun bir hissəsi və Kirants-Bağanis hissəsində 30 il ərzində möhkəmləndirilmiş mövqelər Azərbaycana təhvil verildi. Məndə olan məlumata görə, Voskepan (Əskipara-red) və Bağanis kəndləri arasındakı sərhəd zonasında yerləşən “Yeni il” zastavası demarkasiya prosesi zamanı Azərbaycana qaytarılmamalı idi. Ermənistanın hərbi komandanlığı isə həmin zastavada xidmət edən sərhədçilərə ərzaq çatdırılmasının çətin olduğunu əsas gətirərək, postu Azərbaycana təhvil verib. Artıq orada Azərbaycan bayrağı dalğalanır”, - o iddia edib.
Erməni jurnalist qeyd edib ki, “Yeni il” postu strateji cəhətdən əlverişli olan hündür yerdə yerləşir.
“İndi sərhədin həmin hissəsindəki müdafiə postlarımız əvvəllər bizə məxsus olan “Yeni il” postundan onlarla metr aralıdadır. Azərbaycanlılara təhvil verilən postdan isə Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunun Voskepar-Bağanis hissəsində nəqliyyatın hərəkətinə nəzarət etmək mümkündür”, - Sarkisyan yazıb.
Asif
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ


















.jpg)


















