"Qarabağ"ın rəqibinin düşərgəsində gərginlik: Ulduz futbolçu rəhbərlikdən bunu tələb etdi
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibinin düşərgəsində gərginlik: Ulduz futbolçu rəhbərlikdən bunu tələb etdi

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer klub rəhbərliyindən baş məşqçi Enzo Mareskanın istefasını tələb edib.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.

Mənbənin iddiasına görə, 23 yaşlı futbolçu italiyalı mütəxəssisin taktikasının komandanın potensialını tam ortaya qoymağa mane olduğunu düşünür.

2025/26 mövsümündə Palmer klub səviyyəsində 4 oyun keçirib və 2 qol vurub. Son qarşılaşma – "Linkoln"la (2:1) matçı isə zədəyə görə buraxıb. "Transfermarkt" portalı futbolçunu 120 milyon avro dəyərində qiymətləndirir.

Hazırkı Premyer Liqa mövsümündə "Çelsi" 5 oyunda 8 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"ın rəqibidir. Bu komandalar noyabrın 5-də Bakıda üz-üzə gələcəklər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm