Sosial
Sürücülərin yeni "qənimi" - Cərimələri onlar yazacaq

Rusiyada yol hərəkəti qaydalarının pozulmalarını avtomatik qeydə almağa imkan verəcək qanunvericilik bazasının yaradılması gündəmdədir. Bu prosesdə dronlardan istifadə nəzərdə tutulur.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı “Kommersant” məlumat yayıb.
Bildirilib ki, Federasiya Şurasında keçirilən dəyirmi masada pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi perspektivləri müzakirə olunub. Senator İqor Treskovun sözlərinə görə, müharibə başa çatdıqdan sonra PUA-lardan geniş şəkildə istifadə ediləcək, buna görə də indidən müvafiq qanunvericilik bazasının hazırlanması vacibdir.
Məsələn, sürücülərin dron vasitəsilə qeydə alınan cərimələrə etiraz edə bilməsi üçün hüquqi mexanizmlər, PUA-lardan məlumatların Dövlət Yol Polisinin bazasına ötürülməsi qaydaları və yeni tip kameraların sertifikatlaşdırma sistemi hazırlanmalıdır.
Kiçik yol-nəqliyyat hadisələrinin qeydə alınması zamanı isə dronların istifadəsi yol polisinin çağırılmasına ehtiyacı aradan qaldıra bilər. Şəhərlərdə binaların damlarında avtonom PUA stansiyalarının yaradılması imkanları da müzakirə olunur.
Adəm

-
Sosial11:10
Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR
-
Sosial10:34
Adnan Əhmədzadənin bu ölkədə 67 milyonluq dəbdəbəli mənzili aşkarlandı - FOTO
-
Region09:46
Ermənistana getmək istəyən rusiyalı blogeri Gürcüstana buraxmadılar
-
Nida Xəbər 09:00
Leyla Əliyeva Nyu-Yorkdan FOTO paylaşdı
-
Nəqliyyat08:37
14 yolda tıxac var - SİYAHI
-
Ekopublika.az05:15
İranda dolların məzənnəsi rekord həddə yüksəldi
-
Magazin203:18
Dünya şöhrətli memarın olduğu təyyarə partladı
-
Qoroskop02:00
Günün ulduz falı: xoş anlar sizi gözləyir