Şok iddia: Ağ Evdəki döyüş üçün ona bu qədər pul və "qıızl kart" veriləcək
Bizi izləyin

İdman

Şok iddia: Ağ Evdəki döyüş üçün ona bu qədər pul və "qıızl kart" veriləcək

Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor iddia edir ki, 2026-cı ilin yayında Ağ Evdə keçiriləcək UFC turnirində döyüşmək müqabilində 100 milyon dollar və ABŞ-dan 100 “qızıl kart” alacaq.

Publika.az xəbər verir ki, döyüşçülər ABŞ prezidentinin iqamətgahının çəmənliyində oktaqona çıxacaqlar.

“100 milyon dollar və Ağ Evdə döyüş, üstəlik mənə, ailəmə və dostlarıma 100 ABŞ "qızıl kartı". Yenidən döyüş aləmini sevindirməyi səbirsizliklə gözləyirəm”, – deyə Makqreqor sosial şəbəkə hesabnda yazıb.

ABŞ prezidenti Donald Tramp “qızıl kart” proqramının tətbiqi barədə fərman imzalayıb. Bu proqram əcnəbilərə 1 milyon dollar müqabilində sürətləndirilmiş prosedurla yaşayış icazəsi əldə etməyə imkan verir.

Qeyd edək ki, 37 yaşlı qalmaqallı irlandiyalı döyüşçü 2021-ci ilin iyulundan bəri oktagona çıxmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm