Mourinyo: “Çelsi”yə qarşı kampaniya aparılır”
Bizi izləyin

İdman

Mourinyo: “Çelsi”yə qarşı kampaniya aparılır”

Yeni il ərəfəsində çempionatların çoxu fasiləyə yollansa da, İngiltərə Premyer Liqasında mübarizənin ən qızğın çağıdır.

Publika.az xəbər verir ki, “Boksinq dey”in ilk günlərində həmişəki kimi gözlənilməz nəticələr qeydə alınmaqdadır.

Çempionatın lideri “Çelsi” çətin “Sautqempton” səfərində iki xal itirib. Əslində bunu bir xal qazanıb kimi də demək olar. Cari mövsümün sürpriz komandası sayılan “müqəddəslər” böyük komandalara da başağrısı olmağı bacarıb.

Xal itkisinə baxmayaraq, Joze Mourinyonun komandası liderliyini qoruyub. Amma portuqaliyalı mütəxəssis oyundan sonra yenə qalmaqallı açıqlama verib. O, əsasən hakim səhvindən gileylənib:

“Çelsi”yə qarşı kampaniya aparılır. KİV, şərhçilər, başqa məşqçilər hakimləri təzyiq altında saxlayır. Hər kəs “Çelsi”nin uduzmasını səbirsizliklə gözləyir. Bilmirəm bu kampaniyanı təşkil edən kimdi. Amma vecimə də deyil. Hər kəs gördü ki, Fabreqasın yıxıldığı epizodda penalti var idi. Referi ciddi səhvə yol verdi. O, yaxşı hakimdir, yaxşı oğlandır, gəncdir, gələcəyi hələ qarşıdadır. Ancaq bu oyunda çox böyük səhv elədi”.

Mourinyonun bu təlaşını anlamaq olar. Növbəti turda “Zadəganlar”ı London derbisi gözləyir. Onlar səfərdə “Tottenhem”in qonağı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm