Keçmiş komanda yoldaşı Ronaldonu belə trolladı - Foto
Bizi izləyin

İdman

Keçmiş komanda yoldaşı Ronaldonu belə trolladı - Foto

“Əl-İttihad” “Əl-Nəsr”i 2:1 hesabı ilə məğlub edərək Kral Kubokundan kənarlaşdıra bilib.

Publika.az xəbər verir ki, “Əl-İttihad” Kərim Benzema və Ussema Aoaranın qolları sayəsində qələbə qazana bilib.

“Əl İttihad”ın heyətində müdafiədə sabit çıxış edən Danilo Pereyra mühüm qələbəyə görə sevinib.

Matçdan sonra Danilo pərəstişkarlarını qeyri-adi bayramla sevindirib. Meydançanın mərkəzində dayanaraq qulaqlarını əlləri ilə bağlayıb. O, eynilə Lionel Messinin Argentinanın Dünya Kubokunda Niderland üzərində qələbəsindən sonrakı qol sevincini təkrarlayıb.

Danilo millidə Ronaldonun komanda yoldaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm